AVRO-2020:Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

Baxış sayı:
9456

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq 4 matçın da vaxtı müəyyənləşib. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.
UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.