AVRO-2020-də 5-ci tura start verilir

Baxış sayı:
20746

Bu gün AVRO-2020-nin seçmə mərhələsində V tura start veriləcək. Muxalifet.az xəbər verir ki, ilk oyun günündə 9 oyun keçiriləcək. Bu matçlar 4 qrupda baş tutacaq. D qrupunun lideri İrlandiya digər iddialı İsveçrə ilə görüşəcək. Danimarka isə autsayder Cəbəllütariqin qonağı olacaq. F qrupunda üç oyun planlaşdırılıb. İlk 4 turda qələbələri sıralayan İspaniya izləyiciləri sırasında yer alan Rumıniyanın qonağı olacaq. Digər iddialılar İsveçlə Norveç autsayderləri sınağa çəkəcək. Sonuncular Maltanı qəbul edəcəksə, isveçlilər Farer adaları ilə görüşəcək. G qrupunda bir qarşılaşma keçiriləcək. Final mərhələsinə vəsiqə arzusunda olan İsraillə Makedoniya üz-üzə gələcək. Sonuncular rəqibinə çatmağa, meydan sahibləri isə liderlə fərqi azaltmağa çalışacaq. J qrupunun lideri İtaliya səfərdə Ermənistanla qarşılaşacaq. Finlandiya isə evdə Yunanıstanı qəbul edəcək. Autsayder Lixtenşteyni qonaq edəcək Bosniya və Herseqovina isə xal hesabını artırmaq niyyətindədir. Qeyd edək ki, V turun digər oyunları sentyabrın 6-7-də keçiriləcək.