AVRO-2020: Azərbaycan millisi məğlub oldu - YENİLƏNDİ

Baxış sayı:
1943

Macarıstan 1-0 hesabı ilə matçda qələbə qazandı. Millimiz oyunun son dəqiqələrində hesabı bərabərləşdirsə də, baş hakim qaydalar çərçivəsində vurulmuş qolu qeydə almayıb.

***
20:21

10-cu dəqiqədə Macarıstan hesabı açdı: 1-0.

***
20:00

Macarıstan-Azərbaycan matçı başladı. Matçı buradan canlı yayımla izləyə bilərsiniz.

***
18:58

AVRO-2020-nin seçmə qrup matçında üz-üzə gələcək Macarıstan və Azərbaycan millilərinin start heyətləri açıqlanıb.
Muxalifet.az xəbər verir ki, komadalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
Macarıstan: 1. Peter Qulaçi, 3. Mihay Korhut, 5. Botond Barat, 6. Villi Orban, 7. Balaj Cucak (kap.), 8. Mate Vida, 9. Adam Şalai, 10. Dominik Şoboşlai, 14. Gergö Lovrençiç, 15. Roland Sallai, 20. İştvan Kovaç
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (kap.), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 13. Eddi İsrafilov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev

***
08:35

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq.
Muxalifet.az xəbər verir ki, Budapeştdə, "Groupama Arena"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

AVRO-2020
E qrupu

20:00. Macarıstan - Azərbaycan
"Groupama Arena".