​AVRO-2016: Portuqaliya finalda Fransanı məğlub etdi

Portuqaliya yığması AVRO-2016-nın qalibi olub.
Belə ki, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini  1:0 hesabı ilə məğlub edib.
Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində portuqaliyalılar qələbə qolunu vurublar.
Beləliklə, Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionatının qalibi olub.
Avropa çempionatı
Final
10 iyul
Portuqaliya – Fransa
**
Portuqaliya final oyununda Ronaldosuz qaldı
AÇ-2016-nın final matçında Portuqaliya ilə Fransa üz-üzə gəlir.
Apasport.az saytının məlumatına görə, hazırda davam edən matçın gedişində Portuqaliyanın lideri Kristiano Ronaldo zədələnib.
Payetlə mübarizədə dizindən xəsarət alan oyunçu həkimlərin bütün səylərinə baxmayaraq oyunu tərk etməli olub.
Matçın 25-ci dəqiqəsində onu Quaresma əvəz edib.