​Avro-2016-nın keçiriləcəyi məkan dəyişə bilər

Avropa Çempionatının ev sahibi dəyişə bilər. Parisdəki törədilən qanlı terror, çempionatda iştirak edəcək bəzi ölkələri qorxuya salıb. Artıq bir neçə ölkə final oyunlarının keçirilməsi üçün UEFA-dan daha etibarlı ölkələrin seçilməsini xahiş edib. Artıq Almaniya, İtaliya və İngiltərə kimi ölkələr namizəd kimi göstərilib.
Fransa Futbol Federasiyasının prezidenti Le Graetın “Onsuz da təhlükəsizlik problemimiz var idi, bu hadisə narahatlığımızı daha da artdı” deməsi çempionatda iştirak edəcək ölkələri daha da narahat etməyə başlayıb. Hazırda onların UEFA-ya B planı üzərində işləməklə bağlı təzyiq etdikləri bildirilir.