Avro-2016-da pley-offun püşkü atıldı

Bu gün İsveçrənin Nyon şəhərində Avro-2016-nın pley-off mərhələsinin püşkü atılıb. Öz qruplarında 3-cü yerləri tutan 8 komanda Parisə son 4 vəsiqə uğrunda mübarizə aparacaq. Püşkatmanın nəticəsinə əsasən pley-offda aşağıdakı cütlüklər qarşılaşacaq.
Ukrayna-Sloveniya
İsveç-Danimarka
Bosniya və Herseqovina-İrlandiya
Norveç-Macarıstan

İlk oyunlar 12-14 noyabr, cavab qarşılaşmaları isə 15-17 noyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, Avro-2016-nın final mərhələsinin püşkatması Parisdə dekabrın 12-də keçiriləcək.
Avropa Çempionatı Fransada 10 iyun-10 iyul tarixlərində keçiriləcək.