“Avrasiyaya girməsəydi Kreml Sarkisyanı devirəcəkdi” – Erməni politoloq

Ermənistan hələlik Avrasiya İttifaqına üzvlükdən heç bir fayda götürməyib.
 
Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Aqasi Yenokyan söyləyib.
“Fikrimcə, Avrasiya İttifaqından çıxmaq bütün siyasətçilərin imperativi olmalıdır. Rusiyayönlü ittifaqa üzvlük bizim təhlükəsizlik və iqtisadiyyatla bağlı əlimizi bağlayır. Serj Sərkisyan bunu anlamır. 3 sentyabra (Ermənistan Qərbə inteqrasiyadan imtina edib, Avrasiya İttifaqını seçdiyi gün – red.) qədər ruslar Sərkisyanı yeni 27 oktyabrla (1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə basqın olub – red.) hədələyirdilər. Sərkisyan isə bilir ki, ruslar öz təhdidlərini həmişə yerinə yetirirlər” – deyə o bildirib./axar.az