“Avraam Linkoln” təyyarədaşıyanı İran sahillərində - 5 TƏYYARƏ SIRADAN ÇIXDI, XƏSARƏT ALANLAR VAR...

Baxış sayı:
11995

ABŞ-ın İran sahillərinə yaxın beynəlxalq sularda döyüş növbəsi çəkən “Avraam Linkoln” təyyarədaşıyan gəmisində ciddi insident baş verib. Virtualaz.org Avia.pro internet-resursuna istinadən xəbər verir ki, insident nəticəsində beş döyüş təyyarəsi zədələnib, xəsarət alanlar var.

Məlumata görə təyyarədaşıyanın aviadonanmasının tərkibində yer alan 4 F-18 Super Hornet (vertikal uçuş qabiliyyətli) uğursuz enmə nəticəsində zədələnib və sıradan çıxıb. Habelə E-2D Hawkey kəşfiyyat təyyarəsi sıradan çıxıb və kəşfiyyat missiyasını yerinə yetirə bilmir, zavod şəraitində ciddi təmirə ehtiyacı var.

Məlum olub ki, o cümlədən zədələnən qırıcıların 2-i faktiki sıradan çıxıb, onların ancaq zavod şəraitində təmir edilməsi mümkündür. ABŞ hərbi dəniz qüvvələrinin komandanlığı insident barədə hər hansı təfərrüatlar açıqlamır.

Bununla belə bəzi mənbələr bildirir ki, E-2D kəşfiyyat təyyarəsi Hörmüz körfəzi üzərində neft tankerlərinin təhlükəsizliyinin təmin edilməsi missiyasından qayıdarkən təyyarədaşıyanın göyərtəsinə uğursuz eniş edib. Təyyarənin tormoz trosları zəiflədiyi üçün o vaxtında dayana bilməyib və yaxınlıqda dayanmış qırıcılara çırpılıb. Nəticədə F-18 qırıcılarını sıradan çıxarıb, bu zaman təyyarədaşıyanın heyətindən iki nəfər xəsarət alıb.