​AVCİYA: Seçici fəallığı 66 faiz olub

Baxış sayı:
3022

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”un nəticələrini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, monitorinq nəticələri barədə məlumat verən AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat tərəfindən 4 min müşahidəçi ilə məntəqələrdə müşahidə keçirilib.
“İlkin monitorinqlər barədə gün ərzində 5 dəfə məlumatlar açıqlanıb. Bizim əməkdaşlarımız yalnız seçici fəallığı və qanun pozuntusu ilə bağlı seçicilər arasında sorğu keçirib. Seçici fəallığı 65-66 faiz olub. Seçki günü məntəqələrdə ciddi pozuntu qeydə alınmayıb. Yaranan kiçik problemlər aradan qaldırılıb. Seçkinin bülletenləri açılandan sonra məntəqələrdən onların surətini götürüb, sonra seçkilərin nəticələri barədə apardığımız monitorinqin nəticəsi barədə məlumat verə biləcəyik”.