ATV-nin daha bir reytinqli verilişi BAĞLANDI

Aktyor Fərda Xudaverdiyev "Top kimi şou"sunun aqibətindən danışıb.

Muxalifet.az bildirir ki, axşam.az-a açıqlama verən aktyor proqramın yayımı dayandırıldığını deyib:

"Verilişin bütün işlərini özüm edirdim. maliyyəsini də mən ödəyirdim. Artıq yoruldum. Telekanaldan dedilər ki, bu mövsüm sənə yeni veriliş verəcəyik. Amma ATV rəhbərliyi dəyişdi, indi necə olacaq, bilmirəm. Bircə onu deyə bilərəm ki, "Top kimi şou" artıq olmayacaq".