​ATV-də 32 nəfər İŞDƏN QOVULDU

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.
Kanala CBC telekanalının baş direktoru Azər Xəlilov rəhbərlik edəcək.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli A.Xəlilovu kollektivə təqdim edib.
Xatırladaq ki, Turan İbrahimovun aparıcısı olduğu və bir həftə öncə növbəti dəfə efirə çıxan "ATV Səhər” proqramının fəaliyyəti bu gün yenidən dayandırılmış və o vəzifədən uzaqlaşdırılmışdı.
Verilən son bilgiyə görə, bütövlükdə ATV-dən 32 işçi kənarlaşdırılıb. Onların içində ATV dizayn qrupunun rəhbəri rejissor Rauf Ocaqverdiyev də var.