ATƏT sədri İrəvanda uydurma "erməni soyqırımı" abidəsi önünə əklil qoydu - YENİLƏNİB

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu gün İrəvanda uydurma "erməni soyqırımı" qurbanlarının xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, onu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib.
Ştaynmayer abidə önünə əklil qoyub.
***11:21
ATƏT sədri Dağlıq Qarabağ separatçılarının lideri ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfəri çərçivəsində bu gün səhər İrəvanda Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikri mübadiləsi aparılıb, yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.
Qeyd edək ki, ATƏT sədrinin iyunun 29-da regiona səfəri başlayıb. O, dünən Ermənistanda görüşlər keçirib, bu gün isə Azərbaycana gəlir.
İyulun 1-də isə Ştaynmayer Gürcüstana səfər edəcək.