ATƏT sədri Bakıya gəlir – İYUNUN SONUNDA

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, həmin gün o, rəsmi görüşlər keçirəcək.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.
Bundan əvvəl isə o, Ermənistanda səfərdə olacaq. Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.

***
saat 12.11

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaz ölkələrinə səfərinin tarixi məlum olub.
APA-nın Ermənistanın “Aysor” agentliyinə istinadən verdiyi məlumata görə, o, iyunun 29-da Ermənistana iki günlük səfər edəcək.
Regiona səfəri çərçivəsində Ştaynmayer Gürcüstan və Azərbaycanda da olacaq.