​ATƏT prezidentlərin görüşü barədə bəyanat yaydı

Baxış sayı: 55

ATƏT Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü barədə bəyanat yayıb.
Muxalifet.az xəbər verir ki, Avstriyanın ATƏT-dəki sədrliyi Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşünü diqqətlə izləyib.
Bəyanatda bildirilib ki, ATƏT prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnundur: " Ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Düşünürük ki, cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır".