​ATƏT PA-nın sədri vəzifəsindən istefa verib

ATƏT-in Parlament Assambleyasının (PA) sədri, avstriyalı deputat Kristin Muttonen vəzifəsindən istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə noyabrın 9-da ATET-in rəsmi saytında məlumat verilib. Bildirilib ki, Kristin Muttonenin istefasına ötən ay Avstriyada keçirilən parlament seçkilərində deputat matdatını qazanması səbəb olub.
Onun vəzifəsini hələlik gürcü deputat Georgiy Tsereteli icra edəcək. O, bu vəzifəni gələn ilin yayında yeni sədrin seçilməsinə qədər nəzarət edəcəyi bildirilib.
Qeyd edək ki, G.Tsereteli 1995-1998-ci illərdə Tbilisinin vitse-meri, 1999-cu ildə millət vəkili, habelə Gürcüstanın vitse-baş naziri və nazir vəzifələrində işləyib.