ATƏT-dən Ukraynadakı seçkilərlə bağlı - Bəyanat

Baxış sayı:
7615

Martın 31-də Ukraynada keçirilən prezident seçkiləri beynəlxalq müşahidəçilərin rəyincə azad və ədalətli olub.
Muxalifet.az xəbər verir ki, bu fikri ATƏT-in xüsusi əlaqələndiricisi və Ukraynada prezident seçkilərini müşahidə edən missiyanın rəhbəri İlkka Kanerva bildirib. Onun sözlərinə görə, seçkilər ciddi rəqabət şəraitində keçib və seçicilərin namizədlər arasında geniş seçim imkanları olub. Həmçinin bu seçkilərlə Avropa İttifaqına can atan ölkə öz demokratik inkişafını davam etdirə biləcək.
Qeyd edək ki, ATƏT Ukraynada keçirilən seçki prosesini 808 müşahidəçi ilə izləyib.