ATƏT-dən Bakı üçün mühüm qərar: Detallar açıqlanmadı

Baxış sayı:
3562

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev bir qədər öncə Tvitter hesabında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq sənəd haqqında paylaşım edib.
Muxalifet.az xəbər verir ki, Azay Quliyev yazıb:
“Bu gün ATƏT PA-nın Bürosu illik sessiyada təsdiq olunmaq üçün Azərbaycanla bağlı detallarını hələ açıqlamaq istəmədiyim, lakin milli maraqlarımıza tam cavab verən, çox vacib və tarixi qətnamə layihəsi qəbul etdi. Büro üzvlərinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edirəm”.
Məlumat üçün bildirək ki, Azay Quliyev hazırda ATƏT PA-nın Kopenhagendə keçirilən növbəti Büro iclasında iştirak edir.