ATƏT-in Daimi Şurasında Qarabağ müzakirələri - HƏMSƏDRLƏR HESABAT VERDİ
8-11-2019 00:05
Baxış sayı:
7426
ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT Daimi Şurasında hesabat təqdim ediblər. Həmsədrlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) birgə hazırladığı hesabatda münaqişənin nizamlanması prosesi, bu istiqamətdə görülən işlər, keçirilən görüşlər, danışıqların hazırkı vəziyyəti, tərəflərin mövqeyi barədə məlumat veriblər.