​ATƏT-in baş katibi bu gün İrəvana gedir - SƏBƏB

Baxış sayı:
3652

ATƏT-in baş katibi Tomas Qreminger bu gün Ermənistana səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Tomas Qremingerin xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan və parlamentin spikeri Ara Babloyanla görüşü gözlənilir.