​“Atəşkəs ləğv edilsin, könüllülər səfərbər olunsun!” – SABİQ BAŞ NAZİR

Baxış sayı:
5824

Pənah Hüseyn: “Ermənistanın mövqeyi bu təkliflərin aktuallığını təsdiqləyir”
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri zamanı bu torpaqların ermənilərə məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində ciddi narahatlığa səbəb olub. Məsələyə münasibət bildirən bəzi siyasi ekspertlər Paşinyanın məlum açıqlamasından sonra Ermənistanla hətta formal da olsa danışıqlar aparmağın mənasız olduğunu bildirib.

Moderator.az-a açıqlamasında mövcud durumla bağlı fikilərini dilə gətirən AXP sədri Pənah Hüseyn, Azərbaycanın hazırkı vəziyyətdə atması gərəkən addımlara diqqət çəkib:
“Öncə onu qeyd edim ki, sabah Qarabağ Komitəsində bu məsələni müzakirə edəcəyik. Bundan əvvəl də biz belə bir məsələ qoymuşduq ki, son vaxtlar Ermənistanın aqressiv bəyanatlarını nəzərə alaraq Azərbayacan məqbul mövqe sərgilənməyə qədər bu danışıqlarda iştirakını dayandırsın.
İkincisi, təklif etmişdik ki, atəşkəslə bağlı Azərbasycanı bağlayan hansısa beynəlxalq sənəd mövcuid olmadığına, habelə 1994-cü il mayın 12-də imzalanan sənəd öz qüvvəsini çoxdan itirdiyinə görə, Azərbaycan atəşkəsi birtərəfli qaydada ən çoxu 6 ay ərzində elan etsin. Daha sonra bunun uzadılıb-uzadılmaması məsələsi də Azərbaycan tərəfinin mövqeyindən asılı olaraq həll edilsin.
Nəhayət, hərbi qanunvericiliyə uyğun olaraq könüllü dəstələrin yaradılmasına start verilsin. Hesab edirəm ki, Paşinyanın sonuncu bəyaantı, Qarabağdakı hərbi təlimlərdə Ermənistanın rəsmi təmsilçilərinin iştriakı, Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi və s. yuxarıda qeyd etdiyimiz təkliflərin aktuallğını təsdiqləyir. Istənilən halda, Azərbaycan XİN-i, siyasi rəhbərliyi Paşinyanın bu bəyanatına münasibət bidlirməlidir”.
Seymur ƏLİYEV