​"Atletiko" - "Qarabağ": Nə qədər bilet satıldı?

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko" ilə keçirəcəyi oyun üçün kluba bilet ayrılıb.
Klubun mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, Azərbaycanda yaşayan azarkeşlər üçün Bakıda satışa çıxarılan biletlərin ümumi sayı 200 ədəd olub və bu günə olan məlumata görə, bütün biletlər satılıb.
Xatırladaq ki, ÇL-in 4-cü turunun “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də keçiriləcək.