​"Atletiko" Avropa Liqasının qalibi oldu – YENİLƏNDİ

Baxış sayı:
7216

2017/18 mövsümü üzrə UEFA Avropa Liqasının qalibi məlum olub.
Muxalifetşaz xəbər verir ki, Lionda baş tutan finalda “Atletiko” “Marsel”lə üz-üzə gəlib.
Üçüncü dəfə Avroliqada final həyəcanı yaşayan “Atletiko” yenə şansını qaçırmayıb. Fransızların qapısından 3 cavabsız top keçirən Dieqo Simeonenin yetirmələri kuboka sahib çıxıb.
UEFA Avropa Liqası
Final
16 may
22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya) 0:3
Qol: Qrizmann, 21; 49. Qabi, 89.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”