​Atatürkün bu heykəli etiraz doğurdu - Foto

Baxış sayı:
328

Türkiyənin İzmir şəhərinin Buca mahalında yerləşən Çevik Bir Meydanına qoyulmuş Atatürk heykəli narazılıqlara səbəb olub.
Muxalifet.az xəbər verir ki, sakinlər heykəlin Atatürkə bənzəmədiyini deyiblər. Bundan sonra Buca bələdiyyəsi məsələ ilə bağlı açıqlama yayaraq, sakinlərin narazılıqlarının başadüşülən olduğunu və problemin dərhal aradan qaldırılacağını bildirib:
“Atatürkün heykəlinin düzəldilməsi ilə bağlı işlərə start verilib. 15 gün ərzində işlər tamamlanacaq”.