Atasını öldürdü, meyiti iki gün maşında saxladı

Baxış sayı:
520

Türkiyənin Aksaray şəhərində atasını güllələyərək öldürən şəxs meyiti 2 gün yük maşınında saxlayıb.
“Habertürk” xəbər verir ki, 30 yaşlı Aziz Candan atası Ali Candanın onu danlamasını qəbul etməyib. Ata ilə oğlu arasında yaranan mübahisə daha sonra qanlı cinayətlə nəticələnib və Aziz bacısı Rukiyenin gözü qarşısında atasını güllələyərək öldürüb. O, bacısını hədələyərək hadisə barədə heç kimə danışmamasını tapşırıb. Bundan sonra meyiti atasının sürdüyü yük maşınının kuzasına yerləşdirən oğul 2 gün müddətində onu basdırmağa yer tapa bilməyib. Nəhayət 2 gündən sonra cinayətin üstü açılıb.
Qeyd edək ki, hadisə Aziz Candanın xeyli borca girməsinə görə yaranmış mübahisə zəminində baş verib.
Bildirilir ki, hadisə ilə bağlı ilk olaraq Rukiye Candan saxlanılsa da, o sərbəst buraxılıb və qardaşı istintaqa təhvil verilib./publika.az