“Atamız erməni təxribatının qurbanı olub...” – Prezidentə və Birinci vitse-prezidentə azyaşlı bacıların ÜRƏKSIZLADAN MÜRACİƏTİ

Baxış sayı:
874

Ucar şəhəri, Oğuz küçəsi, ev 53 sakiniləri 11 yaşlı Əliyeva Zəhra Tehran qızı və 10 yaşlı Əliyeva İradə Tehran qızı adından Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən məktub müəlliflər yazır:
Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!

Mən Zəhranın 11 yaşı var, 4-cü sinifdə oxuyuram, mən İradənin 10 yaşım var, 3-cü sinifdə oxuyuram. Dərslərimizi yaxşı oxuyuruq. Atamız Əliyev Tehran İslaməli oğlu 2010-cu il tarixdə həbs edilib. Atamız erməni təxribatının qurbanı olub, Rusiya Federasiyasında 13 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.
2015-ci il tarixdə ekstradasiya edilərək, cəzasını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
Atamız Rusiya Federasiyasının Moskva şəhərinin Tuşinski rayon məhkəməsinin 08 iyun 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 162-ci maddəsi ilə təqsirli bilinib, 13 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
Maddi vəziyyətimiz çox pisdir. Ailəmizdə işləyən yoxdur. Anam evdar qadındır, atam da uzun müddətdir həbsdədir. Atamızı həbs etdirən qadının əri erməni olub. Hətta atamızın istintaqını aparan müstəntiq də erməni olub. Atamız erməni təxribatının qurbanıdır.
2010-cu il tarixdən həbsdə olan atamız orada xəstəlik tapıb. Biz atamızın azad olunub, evə gəlməsini istəyirik. İstəyirik ki, ata qayğısı ilə yaşayaq, köməyimiz olsun. Öz yaşıdlarımız arasında boynumuzun bükülməsini istəmirik.
Sizdən çox-çox xahiş edirik, sizə yalvarırıq, əgər mümkündürsə, atamızın azadlığa çıxıb, ailəsinə, balaca qızlarına qovuşmasına köməklik göstərəsiniz. Biz balaca Zəhra və İradə sizə inanırıq, sizə ümüd edirik”.


Muxalifet.az