Atambayevin qərargahında İKİNCİ ƏMƏLİYYAT - Ölkədə fövqəladə vəziyyət elan olundu

Baxış sayı:
14225

Qırğızıstanın təhlükəsizlik qüvvələri keçmiş prezident Almazbek Atambayevin həbs edilməsi məqsədilə onun evində ikinci dəfə əməliyyata başlayıblar. Əməliyyatda minlərlə milis əməkdaşı və xüsusi təyinatlı döyüçü iştirak edir. Qırğızıstanın keçmiş prezidentinin iqamətgahında yanğın baş verib. Konkret olaraq nəyin yandığı barəsində məlumat verilmir. Keçmiş dövlət başçısının nümayəndəsinin qərargahının nümayəndəsi deyib: “Güllələr və işıq-küy qumbaraları atılır”. Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin başçısı bildirib ki, Atambayevin qərargahında həlak olmuş xüsusi təyinatlı snyper avtomatı ilə vurulub. Qırğızıstan parlamenti ölkədə fövqəladə vəziyyət elan edib. Atambayevin tərəfdarları bu günə təyin edilmiş mitinqi təxirə salaraq Koy-Taş kəndinə qayıdıblar. Qırğızıstanın yeni prezidenti Jeenbekov bildirib ki, Atambayev artıq məhkəmədə şahid qismində deyil, ağır cinayətdə ittiham edilən müttəhim qismində ifadə verməli olacaq. Jeenbekov qeyd edib ki, eks-prezident silah tətbiq eləməklə qanunu kobud şəkildə pozub və artıq hüquq müstəvisindən çıxıb. Dövlət başçısı həlak olmuş xüsusi təyinatlının ailəsinə başsağlığı verib./Hurriyyet.org