Atambayevin həbsi Qırğızıstanı bölüb: ölkəni yeni çevrilişlər gözləyir – TƏHLİL

Baxış sayı:
13168

Viktoriya Panfilova “Nezavisimaya gazeta”, 14.08.2019 Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) başçısı Orozbek Opumbayev bildirib – Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət çevrilişi planlaşdırıb, “ona qan gərək idi”. Bu səviyyədə məmurun bəyanatı Atambayev uğrunda və ona qarşı olanların onsuz da parçalandığı cəmiyyətdə durumu kəskinləşdirə bilər. Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə elan edilən kütləvi iğtişaşların təşkili və qəsdən adamöldürmə ittihamına hələ planlaşdırılmış dövlət çevrilşi də əlavə olunub. DMTK başçısı Orozbek Opumbayevin Bişkekdə mətbuat konfransında söylədiyinə görə, “Atambayevə qan gərək idi. Ona qan gərək idi ki, dövlət çevrilişi etsin”. Baş poqonlunun sözlərinə görə, keçmiş prezident əməliyyata çoxdan hazırlaşırmış. “O, qadın, uşaq və qocaları öz evinə yığıb və hərəsinə min som (938 rubl. – “NG”) ödəyib”. Opumbayev izah edib: “Onun niyyəti milisin gəlişi ilə (Atambayevin evinə-“NG”) toqquşmaların başlanması idi”. Onun sözlərinə görə, “onun təslim olmaq niyyətində olmadığı aydınlaşanda bir sıra zorakı hərəkətlər edilib, silah işlədilib, qərar qəbul olunub” – AKİ-press agentliyi DMTK başçısından sitat gətirir. “Amma Atambayev qaçıb və iğtişaşlar törədib, – Opumbayev davam edib. – O qalsaydı… O niyə qaçdı? Nədən qorxurdu? Əməliyyat işçsi qərarı ona verərdi. Oxuyardı, deyərdi ki, getmirəm. Bundan sonra istintaq idarəsi onu müşayiət edərdi və şahid kimi sorğu-sual edərdilər”. DMTK başçısının sözlərinə görə, amma Atambayevin “tamam başqa niyyəti var idi”. “O bunu istəyirdi. O bilirdi ki, belə olacaq. Tərəfdarları yığışınca, ona atışmaq gərək idi. Hər şey təşkil olunmuşdu”. Politoloq, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov hesab edir ki, DMTK başçısı Orozbek Opumbayevin sözlərində məna bağlantısını tutmaq çətindir. Dubnov “NG”-yə deyib: “Ya DMTK başçısı Opumbayev rus dilinə çox da yaxşı yiyələnməyib, ya da Atambayevin dövlət çevrilişi hazırladığı və ona qan gərək olduğunun sübutu görünən hansısa əlaqələndirici anları buraxıb. Bəli, Atambayevi bir çox cinayətlərdə, “Alfa” zabitinin həlak olması, ikinci XTPD-çinin yaralanması, istintaqa gəlməkdən imtinda ittiham etmək olar, amma keçmiş prezidentin dövlət çevrilişi hazırladığını bəyan etmək – bu, “özünü gicliyə qoymaqdır””. Ekspertin fikrincə, “Qırğızıstanın güc strukturlarının rəhbərliyi səviyyəsində atılan bu sayaq tamamilə sübutsuz ittiham bundan danışmağa imkan verir ki, hakimiyyət bu addımın nəticələrini heç də adekvat təsəvvür eləmir”. Ekspert vurğulayıb: “Bu bəyanat adamları bir-birinə salışdırmaqda, ədalətsiz ittihamlarda, indiki hökumətə xoş gəlməyən adamlara divan tutmaq və haqq-hesab çəkmək, əcinnə ovuna başlamaq cəhdlərində ölkə rəhbərliyinin ünvanına yeni ittihamlr üçün katalizator ola bilər. Təəssüf ki, Qırğızıstanda siyasi oyunların tipik milli özəlliyi olmuş çevrilişlər ölkəni dərin uçuruma aparacaq sarsaqlıq düzümünü yenidən yaradır”. Bu arada, Atambayev tərəfdarlarının repressiyası davam edir. Hüquq müdfiəçisi Rita Karasartovaöz Facebook səhifəsində yazıb ki, Köy-Taş kəndində Atambayevin evinə hücum şəraitini aydınlaşdırmaq üçün axtarşlar və yerli sakinlərin istintaqı gedir. Poqonlular adamları yaxalayır, hərəsindən zorla 2 min dollar qopardır, əks halda onları şahiddən müttəhimə çevirməyi vəd edirlər. Kənd indiyədək cərəyansızdır, İnternetə çıxış yoxdur, bir çox TV kanalların yayımı kəsilib. Ekspertlər deyirlər ki, Köy-Taş kəndindəki hadisələr qırğız xalqını faktiki olaraq şimallı və cənublulara bölüb.Hakimiyyət onların arasına düşmənlik və siyasi traybalizm toxumu səpib. Qırğızıstan dövlətinin siyasi aşınmasının sürətlənmiş prosesi başlanıb. Müxalif siyasətçi Ravşan Ceyenbekov “NG”-yə deyib ki, Şimal-Cənub bölgüsü artıq başlanıb və bunu yarım ilə, bir ilə siyasi gündəmdən çıxartmaq mümkün deyil – xüsusən də yoxsul bir ölkədə. Traybalizm və bölgəçilik inkişaf edəndə yoxsulluq səviyyəsi artır, bu problem ağırlaşacaq. Siyasətçinin sözlərinə görə, Atambayevin həbsindən sonra cəmiyyətdə fikirlər bölünüb. Ceyenbekov qeyd edib: “Sözsüz, hakimiyyəti və güc əməliyyatını dəstəkləyənlər var. Amma silah işlətməyi pisləyənlər getdikcə çoxalır. Çünki poqonlular hətta Atambayevdə silah olduğunu bilsələr də, rezin güllələrlə olsa da, silahsız adamların üstünə gediblər”. Siyasətçinin fikrincə, hətta Atambayev həbsxanada olsa da, işlərin istənilən nəticəsində siyasi durum kəskinləşəcək. Arkadi Dubnov hesab edir ki, Atambayevi siyasi hesablardan silmək çox tezdir. Ekspert qeyd edib: “İndi görünə bilər ki, Atambayevin siyasi karyerasının sonu çatıb. Amma bu, olduqca tələsik hökmdür. Qırğızıstan siyasi, sosial və kriminal sürprizlər ölkəsidir. Vitse-prezident Feliks Kulov bir çox illər bundan qabaq Akayevin dönəmində beş il azadlıqdan məhrum olmuşdu, azad ediləndə isə baş nazir oldu. İndi Atambayevin sayəsində başqa bir məşhur siyasətçi, parlamentin keçmiş spikeri Omurbek Tekebayev həbsdədir. İstisna deyil ki, o da azadlığa çıxanda böyük siyasətə qayıdacaq”. Onun fikrincə, Qırğızıstanda sonrakı hadisələr necə inkişaf etsə də, onunn demokratik imici çox ciddi itki verib. Hələ bu yaxınlarda kiçik dağ ölkəsinin ünvanına növbətçi təriflər səslənirdi ki, guya, nəhayət, orada Mərkəzi Asiyada hakimiyyətin ilk demokratik tranziti baş verib, konstitusiya səlahiyyətlərini təhvil vermiş dövlət başçısı yerini könüllü şəkildə azad seçkilərdə seçilmiş yeni prezidentə verir. Və bu örnək öz mənasını itirib. Qırğızıstanın dördüncü prezidenti öz ölkəsində birinci və ikinci prezidentin çoxdan düşdüyü didərginlər sırasına qoyulub. Tərcümə Strateq.az-ındır.