Atambayev xüsusi təyinatlılara belə təslim oldu - VİDEO

Baxış sayı:
9601

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı onun xüsusi təyinatlılara təslim olmasını əks etdirən video görüntülər yayılıb.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, "Nastoyaşeye vremya" agentliyi tərəfindən yayılmış videoda görünür ki, təslim olmazdan əvvəl Atambaev xüsusi təyinatlı dəstənin rəisindən tələb edir ki, onun tərəfdarlarını vurmasınlar.

Atambayev yalnız buna zəmanət aldıqdan sonra təslim olmağa razı olur.

Bundan başqa, Qırğızıstanın sabiq prezidenti ondan çox odlu silah olan sursat anbarını təhlükəsizlik qüvvələrinə şəxsən təhvil verir.