Atambayev Türklərin əlifba birliyinə QARŞI

Biz kiril əlifbasından imtina etmək niyyətində deyilik.
 
Bunu “Altay sivilizasiyası və Altay dil ailəsinin qohum xalqları” beynəlxalq forumunda çıxışı zamanı Qırğızıstan Prezidenti Almazbek Atambayev söyləyib.
“SSRİ-nin parçalanmasından Azərbaycan və Türkmənistan dərhal latın əlifbasına keçdi. Özbəkistan bu keçid prosesini aparır, Qazaxıstan keçid haqqında qərarı bir müddət əvvəl qəbul edib. Hər dəfə əlifba dəyişiklikləri yeni mübahisələrə səbəb olur. Bəziləri deyirlər ki, latın əlifbası inkişaf etmiş ölkələrin əlifbasıdır, buna keçid ölkə iqtisadiyyatını inkişaf etdirəcək. Yaponiya və Koreyaya heroqliflər nə vaxtsa mane olublar? Latın əlifbasına keçidlə türk xalqlarını birləşdirmək imkanları inandırıcı deyil. Ona görə ki, artıq əsrlər keçib və türk dili Altay kağanlarının türkcəsinə bənzəmir. Vahid dillə bağlı qeyri-real arzular sayəsində biz Rusiyadakı qardaşlarımızı niyə unuduruq? Tatarlar, başqırdlar, altaylar, xakaslar və digərlərindən söhbət gedir. Axı onlar da bundan sonra kiril əlifbasından istifadə edəcəklər” – o, bildirib.