​Atambayev “Qəhrəman” oldu

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezident kimi imzaladığı ilk fərmanla eks-prezident Almazbek Atambayevi Qırğızıstan Respublikasının Qəhrəmanı adı ilə təltif edib.
Muxalifət.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti informasiya yayıb.
Atambayev Qırğızıstanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, xalqın birliyində, ölkədəki sülh və əminamanlığın qorunmasında göstərdiyi siyasi əqidə və verdiyi töhfələrə görə “Qırğızıstan Respublikasının Qəhrəmanı” adını alıb.