Atambayev daha bir siyasətçini həbs etdirdi - DÖVLƏT ÇEVRİLİŞİ

Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi Mekençil Partiyasının üzvlərindən olan Melis Aspekovu həbs edib.
Bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Komitə Aspekovun dövlət çevrilişinə cəhddə ittiham olunduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Qırğızıstanda deputat Kanatbek İsayevə qarşı kütləvi iğtişaşların təşkili və dövlət çevrilişinə cəhd ittihamı ilə cinayət işi açılıb və həbs edilib. O, ölkənin ana müxalifəti olan Ata-Yurd Partiyasının namizədi Omurbek Babanovun ən yaxın dəstəkçilərindən sayılırdı.