​Atambayev Astanaya görə SƏRHƏDLƏRİ GÜCLƏNDİRİR

Qırğızıstan Prezidenti Almazbek Atambayev ölkənin Baş Qərargah rəisi Rayimberdi Duyşenbiyevə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb. Mətbuat xidməti görüşün bu gün keçirildiyini bildirib. Atambayev həmçinin Duyşenbiyevə ölkə sərhədlərinin gücləndirilməsi tapşırığını da verib.
Qeyd edək ki, bundan öncə Qırğızıstan-Qazaxıstan münasibətləri pozulub. Buna səbəb Atambayevin Astanaya qarşı sərt ittihamları olub. Qırğız lider Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ölkənin daxili işlərinə müdaxilədə ittiham edib. Rəsmi Astana isə buna cavabında Qırğızıstanla sərhədlərini bağlayıb./axar.az/