"Atam dedi ki, bu insanla evlənsən məzarda..." - Damla şəxsi həyatından danışdı

Baxış sayı:
448

"Evlilik təklifi almıram, yalandan böyük-böyük danışmayım".
Muxalifet.az
xəbər verir ki, bu sözləri lent.az-ın canlı yayımında müğənni Damla deyib. O bildirib ki, əvvəllər daha çox evlilik təklifi alırmış:
"Vaxtında o qədər yox-yox, dedim ki, indi peşimanam. Yalandan deyim ki, gündə qapıma 5-6 dənə elçi gəlir elə şey yoxdu. Mən heç vaxt qeyri-səmimi danışmaram 1il bundan öncə evlilik təklifi almışam. O elə bir insan idi ki, ciddi. Amma, atam dedi sən bu addımı atsan mən məzarda da olsam rahat yatmaram".