​Ata və oğulun baltaladığı 31 yaşlı kişinin GÖRÜNTÜLƏRİ – VİDEO

Baxış sayı:
3088

Yardımlı rayonunda baltalanma hadisəsi baş verib.
 
Muxalifət.az xəbər verir ki, 31 yaşlı Xəqani Rzayev rayon kəndlərindən birində mübahisə zəminində həmyerliləri olan ata və oğul - Ağali Ağayev və Vüsal Ağayev tərəfindən balta ilə vurulub.
O, baş və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər məsuliyyətə cəlb olunub.
Həmyerlilər arasında uzun sürən ədavətin olduğu deyilir. Faktla bağlı araşdırma aparılır./ARB TV/