“Ata Holdinq”in 1 milyon manata yaxın vergi borcu var

Baxış sayı:
2086

Azərbaycanın aparıcı holdinqlərindən biri olan “Ata Holdinq” MMC dövlət büdcəsinə 795 433,57 manat borcludur.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Holdinqə daxil olan müəssisələrə gəlincə, “Ata Lizinq” MMC-nin 2 407,79 manat, “Şəmkir Quşçuluq” MMC-nin isə 42 801,12 manat vergi borcu var.