Ata Abdullayev də deputat olmaq istəyir: "Məni daha çox tanıyırlar...”

Baxış sayı:
5458

Özünü bloqer kimi təqdim edən Ata Abdullayev keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Muxalifet.az-ın xəbərinə görə, bu barədə A.Abdullayev özü məlumat verib. O deyib ki, hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşı parlament seçkilərində iştirak edə bilər: “Şəhərdə sorğu keçirsəniz, görərsiniz ki, məni deputatlardan çox tanıyırlar. Bunların arasında bəyənənlər də ola bilər, bəyənməyənlər də...”.//Pravda.az