​Astronomlar Süd Yolu qalaktikasında yeni ulduz topaları kəşf etdilər

Baxış sayı:
6205

ABŞ-ın Kolumbiya universitetinin alimləri kosmosda yeni kəşfə imza atıblar.
 Muxalifet.az xəbər verir ki, Süd Yolu qalaktikasının mərkəzində onlarla ulduz topası kəşf edilib. Ehtimal edilir ki, bu ulduz topalarının daxilində 20 min qara dəlik var.
Alimlər “Chandra X-ray Observatory” rentgen observatoriyasının son 12 il ərzində topladığı məlumatları analiz ediblər. Analiz zamanı Oxatandan 3 işıq ili uzaqda yerləşən 12 tranzient aşkar edilib.