Astroloqdan Rusiya üçün 2018 öngörüsü...

Məşhur astroloq Aleksandr Zarayev 2018-ci ildə Rusiyanın yeni prezidenti, Donbasdakı müharibənin sonu və Ukraynanın taleyi barədə öz öngörüsünü irəli sürüb.
 
Astroloq 2018-ci ilin Rusiyada əsasən sabitlik olacağını, rusların həyatının yaxşılaşdırılması üçün müxtəlif dövlət proqramlarının həyata keçəcəyini proqnoz edir.
Astroloqun fikrincə, gələn il Rusiyanın dövlət başçısı dəyişəcək:
“İdarəetmə aparatından köklü dəyişikliklər gözləmək lazımdır. Hazırkı dövlət başçısı Vladimir Putinin hakimiyyətdən çəkiləcəyi ehtimalı var. Müxalifət Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində öz namizədinin qalib gəlməsini təmin etmək üçün əlindən gələni edəcək”.
Zarayev 2018-ci ilin Ukrayna üçün də uğurlu olacağını bildirib:
“Donbasda sülh danışıqlarının başlanmasına və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına səbəb olacaq hökumətin dəyişməsi ehtimalı çox yüksədir”, - deyə astroloq söyləyib./axar.az