Astarada maşın körpüdən aşdı: bir ailənin üç üzvü xəsarət aldı

Baxış sayı:
4012

Astara rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə ötən gecə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara rayonu ərazisində olub.

1994-cü il təvəllüdlü Röyal Əlizadənin idarə etdiyi "Mercedes" markalı maşın yol qovşağı üzərindəki körpüdən aşağı aşıb. Nəticədə avtomobilin sərnişinləri - 1962-ci il təvəllüdlü Astara şəhər sakini - Cəfərova Yektarə İslam qızı, 1992-ci il təvəllüdlü Cəfərli Ağabəyim İlham oğlu və 1994-cü il təvəllüdlü Cəfərli Abdulla İlham oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların ikisinin qol nahiyəsi gipsə salınıb və onlar bu gün səhər evə buraxılıblar. Vəziyyəti daha ağır olan Yektarənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.