​Astarada külli miqdarda narkotik maddə tapıldı

Baxış sayı: 82

Dövlət Gömrük Komitəsi Astarada külli miqdarda narkotik maddə aşkar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, komitənin müvafiq qurumlarının keçirdiyi əməliyyat nəticəsində Astara şəhərində Azərbaycan vətəndaşına məxsus həyətin kənarında yerləşən, yaşayış sahəsi olmayan köhnə yarımtikilidə ümumi sayı 9028 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir.
Aşkar olunan 9028 ədəd "Tramadol"un təsiredici maddəsinin ümumi miqdarı 1819,6 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.