Astarada dəhşətli hadisə - ÖLƏN VAR / YENİLƏNDİ

Baxış sayı:
16342

Daxili İşlər Nazirliyi Astarada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 30-da saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Bakı şəhər sakini Z.Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun hərəkət hissəsində dayanmış çamışı vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil yol ayırıcısına çırpılıb. Nəticədə avtomobildəki sərnişin, Yadımlı rayon sakini Cavid Aslanov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

*****
09:45

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonunun Kijəbə kəndi ərazisində “LADA” markalı minik avtomobili yol kənarına aşıb.
Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.