Astarada ağır qəza: ölən var

Baxış sayı:
4567

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az report-a istinadən məlumatına görə, yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.