Astarada 33 yaşlı kişini elektrik cərəyanı öldürüb

Astara rayonunda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
 
Hadisə rayonun Siyətük kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən elektriklə ehtiyatsız davranıb. O, ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.