​Astarada 29 yaşlı oğlan ÖZÜNÜ ASDI

Astara rayonunda intihar hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Şümrüd kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar edib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.