Astara sakinləri yağışlı havada niyə “qayıq” axtarışına çıxır? –KANALİZASİYA SİSTEMİ OLMADIĞINDAN, KÜÇƏLƏRDƏ HƏRƏKƏT ETMƏK OLMUR / Fotolar

Baxış sayı:
6016

Bu görüntülər Astara rayon sakinləri tərəfindən redaksiyamıza göndərilib.
Sakinlər Muxalifet.az-a bildirir ki, yağış yağanda rayonun Səməd Vurğun küçəsində hərəkət etmək mümkün olmur.
Belə ki, yolları asfaltlayarkən əksər yerlərdə kanalizasiya sistemi quraşdırılmadığından, yağışlı havalarda küçələrdə hərəkət etmək üçün “qayığa” ehtiyac yaranır.
Sakinlər deyir ki, dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə əhəmiyyət verən yoxdur.
Məlumata görə, bu üzdən də, yağış yağan zaman şagirdlər vaxtında məktəbə gedib çata bilmir və əksər hallarda evə qayıdanda ayaqları yaş olur.


Muxalifet.az

P.S. Mövzu ilə bağlı Astara rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışacağıq.