"Astana" "Qarabağ"ı təbrik etdi - FOTO
20-07-2017 16:10
Qazaxıstanın "Astana" klubu rəsmi saytı vasitəsi ilə “Qarabağ”ı Çempionlar Liqasının III mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.
Qol.az-ın xəbərinə görə, “Qarabağ” rəsmi Feysbuk səhifəsi vasitəsi ilə “Astana”ya təşəkkürünü bildirib. "Qarabağ" da Qazaxıstan təmsilçisini Çempionlar Liqasında III mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.