​Astana bundan narahatdır: ABŞ və Rusiya...

Baxış sayı:
13876

Qazaxıstan Xarici İşlər Nazirliyi ABŞ-Rusiya arasındakı Yaxın və Orta Mənzilli raketlərlə bağlı müqaviləyə dair bəyanat yayımlayıb.
Muxalifet.az xəbər verir ki, XİN-in bəyanatında ABŞ administrasiyasının müqavilədən çıxması ilə bağlı açıqlamasının, həmçinin Rusiya tərəfinin buna assimmetrik reaksiyasının narahatlıqla qarşılandığı deyilib.
Qeyd edək ki, ABŞ tərəfi bu müqavilədən irəli gələn öhdəliklərin icrasını dayandırıb və yaxın 6 ayda müqavilədən çıxacağını bəyan edib.