​AST Telmanın killerinə hökm oxundu – 13 il

Baxış sayı:
5254

Krasnoqorsk Məhkəməsi killer Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Kərimov iki və daha çox şəxsi öldürməkdə, eləcə də qanunsuz silah saxlamaqda ittiham edilib.
Qeyd edək ki, Rusiya Kərimovun azərbaycanlı iş adamı Telman İsmayılov və qardaşı Rafiq İsmayılovun sifarişi ilə qətllər həyata keçirdiyini bildirir. O, Vladimir Savkin və Yuri Brılevi öldürməkdə təqsirkar hesab olunur. Telman İsmayılov təkcə Savkinin qətli üçün 2 milyon dollar ayırıb.