​"AST Telman"ın əfsanəvi restoranı satışa çıxarıldı

Andrey Kostinin VTB qrupu Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun aktivlərinin mülkiyyətçisi olub və məşhur “Praqa” restoranı ilə “Tropikano” biznes mərkəzini satışa çıxarıb.
Bu barədə "Forbes" öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbə xatırladıb ki, “Praqa” restoranı və “Tropikano” biznes mərkəzi, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.
VTB-də "Forbes"ə İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina ediblər.
Nəşr onu da xatırladıb ki, daha öncə Çerkizov bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun Moskva Arbitraj Məhkəməsinə müflis olmasına dair ərizə təqdim etdiyi barədə məlumat yayılmışdı.