"​AST Telman" Putinə məktub yazdı - O, keçmiş ortaqlarının cinayətlərindən bəhs edir

Baxış sayı:
4432

AST Telman Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
Muxalifet.az xəbər verir ki, iş adamı məktubunda biznes ortaqlarının qurbanı olduğunu qeyd edib və onları korrupsiyada ittiham edib.
Hüquq-mühafizə orqanlarındakı mənbə “Rosbalt” gaentliyinə bildirib ki, Çerkizov bazarının keçmiş sahibi məktubu artıq prezident administrasiyasına təqdim edib. Məktub 12 səhifədən ibarətdir. İsmayılov məktubunda Çerkizon bazarına mal gətirən qaçaqmalçı kanalın izahını verib. Bazar bağlandıqdan sonra, İsmayılov çətin vəziyyətə düşüb. Onun kiçik ortağına biznesi davam etdirmək üçün böyük imkanlar verilsə də, Telman bu imkandan məhrum olub.
Eyni zamanda iş adamı bildirib ki, keçmiş ortaqları əlaqələrindən istifadə edərək ona hücumlar təşkil ediblər. Sonra isə hüquq-mühafizə orqanları vasitəsilə izləməyə başlayıblar. Nəticədə Telman ölkəni tərk edib və sonradan iki qətlə görə axtarışa verilib. Məktubunda İsmayılov keçmiş ortaqlarının törətdiyi cinayətlər və əlaqələrdən bəhs edir.